Trotskinin Türkiyədəki mülkü 4,5 milyon dollara satışa çıxarılıb – Amma... – ÖZƏL FOTO

Trotskinin Türkiyədəki mülkü 4,5 milyon dollara satışa çıxarılıb – Amma... – ÖZƏL FOTO

Hazırda oxunan: Trotskinin Türkiyədəki mülkü 4,5 milyon dollara satışa çıxarılıb – Amma... – ÖZƏL FOTO

81188

Dağılmış Sevastopol malikanəsi -Trotskinin evi... Türkiyədə Böyük Adada yerləşən artıq dağılmış halda olan bu malikanə hələ də belə adlanır.

Lev Davidoviç Trotski 1917-ci il rus inqilabının aparıcı simalarından biri olub. O, Sovet İttifaqının qurulmasında və inqilabdan sonra daxili üsyanların yatırılmasında mühüm rol oynayan şəxslərdən biri və Lenindən sonra sovetlərin ikinci adamı kimi tanınıb. 


1927-ci ildə Leninin ölümündən sonra İosif Stalinlə hakimiyyət mübarizəsində uduzur və Kommunist Partiyasından qovularaq sürgünə göndərilir. Sürgün illərinin bir hissəsini Türkiyədə keçirən Trotski, Ankaranın Çankaya küçəsindən şimal sahilinə qədər uzanan Hamlacı küçəsindəki baxımsız bir bağda yerləşir. 

O, daha sonra 1929-1933-cü illər arasında şəkillərdə gördüyünüz, hazırda baxımsız şəraitdə qalmış, 30 min kvadrat metrlik ərazini əhatə edən Böyük Adadakı geniş və əzəmətli evə sığınır.

Trostki məşhur avtobioqrafiyasını və “Rus İnqilabının Tarixi” kitabını da məhz burada qələmə alıb.

Bizim.Media-nın əməkdaşları sözügedən evə baş çəkərək tarixi məkana öz gözləri ilə şahid olublar. Baxımsız və diqqətdənkənar qalan bu ev hazırda darmadağın halda olsa belə, mülk möhtəşəmliyini hələ də qoruyub saxlayıb.

Türkiyənin yerli sakinlərinin Böyük Adadakı bu evə rəğbəti böyükdür, məhz onların sözlərinə görə, hazırda mülk 4,5 milyon dollar qiymətlə satışdadır. Amma uzun müddət olmasına baxmayaraq, mülkə sahib duran tapılmır. 

Türkiyədə isə mülk məsələsi qutsaldır. Dövlət hələ də bu ərazini özününküləşdirib satışa çıxarmır. 

Qeyd edək ki, Trotski 17 iyun 1933-cü ildə Büyük Adanı tərk edərək Fransaya qaçıb və bir daha bura qayıtmayıb. Trotski adada təcrid olunsa da özünün də etiraf etdiyi kimi burada ən yaxşı günlərini yaşayıb.

O, Türkiyədən ayrıldığı gün dəftərinə bu sözləri qeyd edib: “4 il yarımdır ayaqlarımın möhkəm kök saldığı Büyük Ada. İçimdə qəribə bir hiss var”.

Səkinə Yusibli, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO