Oksana Rəsulova: \

Oksana Rəsulova: \"Şəhriyarla evliliyimiz saxta deyil\" - VİDEO

Hazırda oxunan: Oksana Rəsulova: \"Şəhriyarla evliliyimiz saxta deyil\" - VİDEO

81076

"Şəhriyarla evliliyimiz saxta deyil. Gerçək evliliyimiz və övladımız var".

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Oksana Rəsulova "Şourum" maqazin verilişinə müsahibəsində deyib.

Sənətçi həyat yoldaşı aparıcı Şəhriyar Əbilovla haqqında gəzib-dolaşan "Saxta evlilik", "Bir yerdə yaşamırlar" iddiaları yalanlayıb.

"Bir bir yerdə yaşayırıq. Olur ki, ya mən ya da Şəhriyar harasa gedir... Amma bir evdə yaşayırıq. Haqqımızda gəzib-dolaşan xəbərlər şayiələrdir".

O.Rəsulova Ş.Əbilovla aralarında mübahisələr düşdüyünü də etiraf edib.

"Şəhriyarla aramızda oğlumuz Osmana görə mübahisələrimiz olur. Osmanımızın elə bir vaxtıdır ki, o, məndən yox, atasından çox şey götürür. Kiçik və ya xırda bir şeyi dərhal təkrar edir. Şəhriyara deyirəm ki, öz fikirlərinə, danışığına və hərəkətlərinə diqqət elə".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO