Polkovnik-leytenant: “Ehtiyata buraxılanda insan özü ilə üz-üzə qalır” - FOTO

Polkovnik-leytenant: “Ehtiyata buraxılanda insan özü ilə üz-üzə qalır” - FOTO

Hazırda oxunan: Polkovnik-leytenant: “Ehtiyata buraxılanda insan özü ilə üz-üzə qalır” - FOTO

81072

“Hərbiçi olmaq çərçivələr içərisində yaşamaq deməkdir. Bu peşəni seçən hər kəs demək olar ki, həyatında bir çox şeydən məhrum edir özünü... Bunu kollektivdə xidmət edəndə hiss etmirsən. Savaşlar, iş gərginlikləri, həddən artıq böyük məsuliyyət sənə bu boşluqları xatırlatmır.

Ancaq ehtiyata buraxılanda insan özü ilə üz-üzə qalır. Doğmalarından, dostlarından hər kəsdən uzaq düşdüyünü anlayırsan. Çox sonralar anladığın bu boşluqlar çox ciddi psixoloji travmalardır. Ona görə də hərbçi ən çox diqqətə ehtiyac görür. Təkcə əlamətdar gündə yox, həmişə...”.

Bizim.Media xəbər verir ki, bu fikirləri polkovnik-leytenant Nihat Abdullayev səsləndirib.

Xatırladaq ki, Abdullayev Nihat İntiqam oğlu 1981-ci il iyun ayının 18-də Bakı şəhərində anadan olub. Bakı şəhər 279 nömrəli orta məktəbi bitirdikdən sonra 1995-ci ildə hərbi liseyə qəbul olub. 1998-ci ildə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olub.

2002-ci ildə məktəbi bitirib ilk leytenant hərbi rütbəsini alaraq xidmətə başlayıb. Polkovnik-leytenant rütbəsinə qədər yüksələn qəhrəmanımız 2021-ci ildən ehtiyata buraxılıb. 

“Xidmətimin böyük hissəsinin təmas xəttində yerləşən bölmələrdə keçmişəm. Bütün yaşananları nəzərə alsaq, deyə bilərəm ki bir zabit üçün xidmət heç zaman bitmir. Ehtiyatda olsan belə zabit həyatı yaşayırsan. Kursant illərindən ta ömrün sonuna qədər öyrəşdiyin çərçivələri tərk edə bilmirsən. Məhz elə buna görə də şərəflə xidmət edən, hərbçi adını ləyaqətlə qoruyub Dövlətə xidmət göstərən hər kəsin bayramını təbrik edirəm”, deyə Nihat Abdullayev vurğulayıb.

Vətən müharibəsində ən ağır nöqtələrdə döyüş tapşırığını müvəffəqiyyətlə icra edən zabit hazırda Bakı Dövlət Univerisitetinin nəzdində Gənc İstedadlar Liseyində gənclərin cağrışa qədərki hazırlığı müəllimi işləyir. Onun həyat amalı gələcəkdə ölkəyə gənc zabitlərin yetişdirməsidir:

“Gənc nəsil arasında bu peşəyə maraq göstərən hər kəsə vaxt ayrıram. Onların peşəkar hərbçi olması üçün əlimdən gələni əsirgəmirəm. Düzdür, bizə müəllim də, həkim də, mühəndis də lazımdır. Ancaq dövlət sərhədləri boyunca ömrünü şam kimi yandırıb, sərhədlərimizi işıqlandıran zabitlər daha çox vacibdir. Biz Vətən müharibəsində düşmənə öz gücümüzü göstərdik. İndi mən və ehtiyatda olan zabit yoldaşlarımın növbəti döyüş tapşırığı gələcəyin zabitlərini hazırlamaqdır”.

Qeyd edək ki, polkovnik-leytenant Nihat Abdullayevvətən müharibəsi zamanı cəbhənin Ağdam-Tərtər-Goranboy istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO