The Guardian: Qətər şeyxi şahzadə Çarlza milyonlarla funt-sterlinq pul verib

The Guardian: Qətər şeyxi şahzadə Çarlza milyonlarla funt-sterlinq pul verib

Hazırda oxunan: The Guardian: Qətər şeyxi şahzadə Çarlza milyonlarla funt-sterlinq pul verib

81060

2,6 milyon funt-sterlinq Britaniya varisi şahzadə Çarlz tərəfindən 2015-ci ildə Qətərin keçmiş baş nazirindən alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “The Guardian” nəşri  yayıb.

Daha sonra Çarlz Şeyx Həməd bin Casim bin Cabir Əl Tanidən əvvəlcə çamadanda, digər dəfə isə səyahət çantasında 2,6 milyon funt sterlinq məbləğində nağd pul alıb. Şahzadənin Londondakı rəsmi iqamətgahı olan Klarens Hausda Qətərin keçmiş baş naziri ilə görüşlər keçirilib.

Nağd pul olan çamadanlar Çarlzın iki köməkçisinə təhvil verilib və onların pulu əllə saydığı bildirilir.

Alınan böyük məbləğləri şərh edən şahzadənin sözçüsü izah edib ki, 2015-ci ildə görüşlər zamanı köçürülən pullar "dərhal şahzadənin xeyriyyə təşkilatlarından birinə köçürülüb və bu zaman bütün proseslərə düzgün əməl edilib. Pul Uels Şahzadəsinin Xeyriyyə Fondunun hesablarına köçürülüb.

Xeyriyyə təşkilatının qəyyumlar şurasının sədri 2015-ci ildə “donorun xahişi ilə” böyük pul ianəsinin alındığını təsdiqləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO