Xaçmazda ağız dada gətirən festival, 15-dən çox GİLAS NÖVÜ - FOTO

Xaçmazda ağız dada gətirən festival, 15-dən çox GİLAS NÖVÜ - FOTO

Hazırda oxunan: Xaçmazda ağız dada gətirən festival, 15-dən çox GİLAS NÖVÜ - FOTO

80964

Bu gün ölkədə ilk olaraq Xaçmazda gilas-albalı festivalı keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xaçmaz şəhərinin "Zəfər" parkında möhtəşəm də tədbir düzənlənib. 

Xaçmaz İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosasiyası, "Azəri Home Chef" şirkəti çərçivəsində ərsəyə gələn festivalda şimal bölgəsinin ən iri meyvəçilik rayonu olan Xaçmaz fermerlərinin yetişdirdiyi 15-dən artıq gilas növü və albalı sortları, gilasdan hazırlanmış müxtəlif təam və məmulatlar, şirələr nümayiş olunub. 

Xaçmaz sakinləri və şəhərin qonaqlarının gilas festivalı keçirilən Zəfər parkına səhər saatlarından böyük axın başlayıb. Havanın nisbətən yağışlı olması iştirakçıların şən ab-havasına mane olmayıb. Əksinə, cavanlı-qocalı, uşaqlı-kiçikli hamı tribuna önündə rəqs edib, yallı da gediblər. 

Gilas festivalı günündə Xaçmaz yenə də qonaq-qaralı olub. Rayon rəhbərliyi ilə yanaşı, qonşu Quba, Qusar, Şabran rayonlarının icra başçıları Ziyəddin Əliyev, Şair Alxasov, Asəf Hüseynov, Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov və nazirliyin digər məsul şəxsləri festivalda iştirak edib. 
Xaçmaz İH başçısı Elnur Rzayev çıxışında ölkədə ilk belə festivalın burada keçirilməsini məqsədəuyğun hal kimi dəyərləndirib. Onun sözlərinə görə, rayon meyvəçiləri bu il 4000 hektara yaxın sahədə gilas yetişdiriblər ki, bu keçən ildəkindən 1200 hektar çoxdur.

Bu gün tədbirə rayon üzrə 15-dən artıq gilas və albalı növü çıxarılıb. Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov da ilk gilas festivalının Xaçmazda keçirilməsini təbii sayıb. O bildirib ki, ölkə üzrə gilas tələbatının 42, albalı üzrə 10 faizini Xaçmaz rayonu təmin edir. 

Bu rəqəm ildən-ilə artır. Nazir müavini bunu həm də meyvə yetişdirən fermerlərə dövlət dəstəyinin çox olması ilə əlaqələndirib. 

O qeyd edib ki, fermerlərə həm subsidiya verilməsi, həm də avadanlıqda 40 faiz güzəşt edilməsi kəndlinin, iş adamının bol məhsul almasına müsbət təsir edir. Açılış mərasimindən sonra qonaqlar kənd təsərrüfatı şirkətlərinin təqdimatlarını izləyib, milli kulinariya və xarici ölkələrin mətbəx nümunələrinin dadına baxıb. 
Qeyd edək ki, Xaçmaz rayonu bundan əvvəl daha bir ilkə imza ataraq mayın 14-də Yaz festivalına ev sahiblik etmişdi. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO