Bakıda mənzillərdən oğurluq edən Gürcüstan vətəndaşı saxlanıldı - VİDEO  

Bakıda mənzillərdən oğurluq edən Gürcüstan vətəndaşı saxlanıldı - VİDEO  

Hazırda oxunan: Bakıda mənzillərdən oğurluq edən Gürcüstan vətəndaşı saxlanıldı - VİDEO  

80804

Bakıda silsilə mənzil oğurluqları edən Gürcüstan vətəndaşı saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Paytaxtın Nərimanov rayonunda yerləşən mənzillərdən birindən oğurluq edilib. Zərərçəkən Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində müraciət edərək hadisə barədə məlumat verib. 

Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Paata Grineviç saxlanılaraq istintaqa təqdim edilib.

Həmin şəxs ifadəsində bir müddət əvvəl yaşadığı ölkədən Bakı şəhərinə məhz oğurluq məqsədi ilə gəldiyini bildirib. Paata Grineviçin ətrafında aparılan tədbirlərlə onun paytaxtın Nizami rayonunda da bir mənzildən oğurluq etdiyi müəyyən edilib. 
Qeyd edək ki, saxlanılan şəxsin oğurluq etdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO