Qızıl yataqları ilə bağlı saziş Milli Məclisdə təsdiq olunacaq

Qızıl yataqları ilə bağlı saziş Milli Məclisdə təsdiq olunacaq

Hazırda oxunan: Qızıl yataqları ilə bağlı saziş Milli Məclisdə təsdiq olunacaq

80782

“Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. İnvestment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə dəyişiklik edilib. 

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün müzakirəyə çıxarılacaq müvafiq qanun layihəsində əksini tapıb. 

Layihəyə əsasən, Sazişin adı dəyişir və “Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad Qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatı, pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. İnvestment Group Services, LLC arasında saziş adlandırılır. 

“Apa.az”ın məlumatına görə, podratçı tam olaraq Söyüdlü mədən filiz yatağından imtina edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO