Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı - OĞURLUQ ANI - VİDEO

Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı - OĞURLUQ ANI - VİDEO

Hazırda oxunan: Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı - OĞURLUQ ANI - VİDEO

80715

Bakının Nərimanov rayonu və digər ərazilərdə evlərdən çoxsaylı oğurluqlar edilib.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, zərərçəkən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət edərək evindən 6500 manat pulun oğurlandığını bildirib. 

Eyni məzmunlu şikayətlərlə Nərimanov rayonunda yaşayan daha bir neçə sakinin ərizəsi Polis Bölməsində qeydə alınıb. Onlar da evlərindən qızıl-zinət əşyalarının və pul vəsaitlərinin oğurlandığını bildiriblər. 

Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış zamanı oğurluqların eyni şəxsin törətdiyi müəyyən edilib.

Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətləri etdiyi üçün dəfələrlə məhkum olunmuş Elman Hüseynzadə saxlanılıb. 
Onun oğurluq etrdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Qeyd edək ki, Elman Hüseynzadə ifadəsində Nərimanov rayonu ilə yanaşı paytaxtın digər ərazilərində də mənzillərdən oğurluqlar etdiyini bildirib.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO