Fəzail Ağamalının keçmiş rəqibi parlamentə gilas göndərir - FOTOFAKT

Fəzail Ağamalının keçmiş rəqibi parlamentə gilas göndərir - FOTOFAKT

Hazırda oxunan: Fəzail Ağamalının keçmiş rəqibi parlamentə gilas göndərir - FOTOFAKT

80628

Qarabağ qazisi və deputat Fəzail Ağamalının keçmiş rəqibi Kamil Musəvi parlamentə gilas göndərməyi təklif edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Kamil Musəvi özünün “Facebook” hesabında paylaşım edib. Qazi maaşı çox olub, gilas ala bilməyənlərə endirimli qiymətə gilas təklif edib. Hətta hədiyyə verə biləcəyinə də işarə edib:
 

MÖVZU İLƏ BAĞLI:

Fəzail Ağamalı ƏSƏBİLƏŞDİ: “Söhbət gilasdan yox, ümumi bahalaşmadan gedir”


“Maaşı çox olub gilas ala bilməyənlərə endirimli gilasımız var. Məsləhət bildiyiniz adam olsa hədiyyə də verə bilərik”, deyə paylaşımda bildirilib. 

Qeyd edək ki, millət vəkili Fəzail Ağamalının bahalıq səbəbindən mövsümi meyvə ala bilməməsi ilə bağlı açıqlaması ciddi müzakirələrə səbəb olub.

Xatırladaq ki, Kamil Musəvi sonuncu növbədənkənar parlament seçkilərində Fəzail Ağamalıya rəqib olaraq namizədliyini 60 saylı Salyan-Neftçala seçki dairəsindən irəli sürmüşdü. 

Kamil Musavi 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO