“Venesiya Komissiyasının “Media haqqında” qanunla bağlı rəyi siyasi xarakter daşıyır” – MM

“Venesiya Komissiyasının “Media haqqında” qanunla bağlı rəyi siyasi xarakter daşıyır” – MM

Hazırda oxunan: “Venesiya Komissiyasının “Media haqqında” qanunla bağlı rəyi siyasi xarakter daşıyır” – MM

80627

Milli Məclisin İnsan hüquqları komitəsi Avropa Şurasının Venesiya Komissiyasının “Media haqqında” qanunla bağlı rəyinə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsi müstəqillik dövründə Avropa Şurasının üzvü kimi Azərbaycanda gedən qanunvericilik və hüquqi islahatlarla dair Avropanın müvafiq institutlarının mütəmadi olaraq, rəy və tövsiyələr bildirməsinin normal ənənə olmaqla, demokratik və hüquqi dövlət qurucluuğu prosesinin ayrılmaz tərkib hissəsi sayıldığını nəzərə çatdırıb.

Qeyd edilib ki, bu qurumlardan biri - “Hüquq vasitəsi ilə Demokratiya üzrə Avropa Komissiyası” və ya daha çox qeyri-rəsmi adı ilə “Venesiya Komissiyası” (VK ) kimi tanınan təşkilatın əsas vəzifəsi Konstitusiya quruculuğu və qanunvericiliyi sahəsində tövsiyə xarakterli dəstək verməkdir:
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclis Aparatında bu şəxslərə vəzifə verildi - ADLAR


“Hazırda Komissiyanın tövsiyələri ölkə mediası və ictimaiyyət arasında müzakirə edilir. Komissiyanın rəyini verdikt, yaxud sensasiya kimi təqdim etmək, reallığı deyil, subyektiv mülahizələri fürsət bilənlərin səyləri göz önündədir.

Rəsmi açıqlamaya gəldikdə, Medianın İnkişafı Agentliyi öz mövqeyini Venesiya Komissyiasına təqdim edib. Əslində rəylə bağlı müzakirələrə bu açıqlamada verilən cavablar tam olaraq adekvat və kafi hesab edilə bilər”.

Parlamentin komitəsi Venesiya Komissiyanın əsas iradlarına toxunub:

“Venesiya Komissiyasının “qanunun mediaya "ictimai nəzarətçi" rolunu səmərəli şəkildə həyata keçirməyə imkan verməməsi” ilə bağlı fikri təəccüb və təəssüf doğurur. Nəinki medianın, hər bir vətəndaşımızın ictimai nəzarətçi olması çağırışı dövlətimizin ali hüquqi, siyasi iradəsidir və dəfələrlə bəyan edilib. 

Media Reyestrinə daxil edilməyin jurnalistlər üçün reyestrin könüllü olması, çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün Agentliyə ərizə ilə müraciətə dair hər hansı müddəanın olmaması, qanunun 15.2-ci maddəsinin məzmununu qiymətləndirmədən 15.3-cü maddəsini şərh edilərkən redaktor və ya jurnalistin öz informasiya mənbəyini açıqlaması normasının ağır və xüsusilə ağır cinayətlərin qarşısının alınmasına aid olduğu, o da yalnız məhkəmə qərarı ilə mənbənin açıqlana bilməsi, digər hallarda jurnalistin informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməzliyinin qanunda aydın göstərilməsi, jurnalist vəsiqəsi və akkreditasiyası anlayışlarının eyniləşdirilməsinin yanlış olması, media subyektlərinin xarici şəxslər tərəfindən təsis edilməsi və xaricdən maliyyələşdirilməsinin qətiyyən istisna edilmədiyi, lakin onun dəqiq kvotalar əsasında həyata keçirilməsi və digər məqamlar Komissiyanının rəyində irəli sürülən iradlara cavabdır. 

Kontekstən çıxarılaraq şərh edilən 26-cı maddə, “çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından, qurumlarından icazə tələb olunmasına dair iddia layihə hələ müzakirə mərhələsində olarkən Komissiyaya ayrıca izahatda dəqiq hüquqi şərhi verilmişdi, internet televiziyaların fəaliyyətinə heç bir məhdudiyyət nəzərdə tutulmadığı halda bu qadağaların ləğvinə çağırılması da eyni qəbildən olan nonsensdir.

Qanunun sosial medianı, youtube kanallarını, bloqosfer və digər platformaları tənzimləmədəyi dəfələrlə izah olunub.

Rəydə ifadə azadlığı, insan haqlarına dair Avropa konvensiyasının təməl prinsiplərinə, xüsusilə 10-cu maddəsinə zidd hər hansı hüquqi qadağalar, “azad mətbuat” əleyhinə gizli və dolayı normaların mövcudluğundan ehtiyatlanmanın da heç bir əsası yoxdur.

Mövcud rəqəmsal gerçəklikdə əslində zəif mətbuat milli informasiya məkanın zəbt edilməsinə səbəb olur. Lakin beynəlxalq və milli qanunvericilik informasiya amilinin geosiyasi silaha, dezinformasiyanın “kütləvi qırğın silahına” çevrildiyi bir şəraitdə hər gün çağırışlarla, yeni qanunların qəbulu ilə səciyyələnir.
Misal üçün, Venesiya Komissiyasının ideal tövsiyəçi olduğu halda, Komissiya bir neçə il əvvəl Ukraynanın “Dezinformasiya ilə mübarizə haqda”, “Təhsil haqda”, “Dekommunizasiya” qanunlarını kəskin tənqid etmişdi.

Üstəlik, Ukrayna Radasında Konstitusiyanın dəyişdirilməsini tələb etmişdi. Amma indi Avropa və Qərb özü dezinformasiya ilə bağlı məlum digər dövlətin bütün rəsmi informasiya mənbələrini qadağan edib. 

Yaxud Komissiya rəy hazırladığı bu günlərdə Venesiya Komissiyasının prezidenti Ermənistanda səfərdə olub, Ermənistan Konstitusiya Məhkəməsinin “hüquqi islahatların “çiçəklənməsi” ilə bağlı konfransında, digər qurumlarda məruzələr edib.

Konstitusiya məhkəməsinin iflas etdiyi və tamamilə xaos yaşadığı Ermənistanda, Fransa-Strasburqda yerləşən qurumun ideal və doğru tövsiyələr verməsi çətin sınaqdır”.

Milli Məclisin İnsan hüquqları komitəsinə görə, məyusedici məqamlardan biri də odur ki, Venesiya Komissiyasının fəaliyyət praktikasında demokratik prosedurlara əsaslanaraq, hər hansı rəyi qəbul etməzdən əvvəl milli təsisatlarla əməkdaşlıq edə, o cümlədən həyata keçirilən azsaylı rəsmi görüş və danışıqların nəticəsində özlərinin müsbət mövqedən yanaşdıqları müddəaları sonradan neqativ planda göstərmələri dərin təəssüf doğurur: 

“Media haqqında” qanun layihəsinin 800-dən artıq mətbuat təmsilçisini əhatə edən çoxsaylı görüşlərdən, diskussiyalardan, qapalı dinləmələrdən keçdiyi müddətdə bununla bağlı xoş məramlar gözləntisi mövcud idi.

İradlara qanun layihəsi ilə bağlı şəffaf və açıq əsaslarla təşkil edilən ictimai müzakirələrdə, Milli Məclisin plenar iclaslarında dəfələrlə aydınlıq gətirilib, müvafiq dəlillərlə cavab verilib. 
Eyni zamanda 25 aprel tarixində ATƏT-in media azadlığı üzrə nümayəndəsinin səfəri zamanı xoş məram və qarşılıqlı anlaşma mühiti hökm sürüb.

Həmin görüşdə Parlamentin iki komitəsi - İnsan hüquqları və Hüquqi siyasəti və dövlət quruculuğu komitələrinin sədrləri tərəfindən ATƏT nümayəndəsi Tereza Ribeyro tərəfindən səsləndirilən əksər suallara hüquqi çərçivədə və aydın izahlar verərək, sənədin söz və mətbuat azadlığı sahəsində dövlətimizin götürdüyü beynəlxalq öhdəliklərə tam uyğun olduğu legitim dəlillərlə sübut olunmuşdu. 

Xatırladaq ki, layihənin ictimailəşdirilməsindən sonra onun plenar iclaslara çıxarıldığı 10.12.2021-ci il tarixində Milli Məclisin iki Komitəsinin birgə iştirakı ilə keçirilən müzakirələrdə 50-dək, 17.12.2021-ci il tarixində online formatlı müzakirədə isə 58, ümumilikdə 108-dən çox media subyektinin rəhbəri, baş redaktor, jurnalist və media eksperti iştirak etmişdi.

Layihəyə maraqlı tərəflərin-xarici diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatlar və ölkədaxili media təmsilçiləri ilə görüşlər zamanı irəli sürülən rəy və təkliflərin böyük bir qismi praktiki məsələlər, keçmiş media administrasiyası ilə bağlı qeydlər və hazırda mövcud olan digər qanunlardakı maddələrə aid olduğu üçün nəzərə alınmadığı dəfələrlə aydın şəkildə izah edilmişdi. 

Ona görə də Venesiya Komissiyasının rəyində əksini tapan iradların əksəriyyəti rəsmən cavablandırılan məsələlər olduğundan onun əsasında Azərbaycanda söz və mətbuat azadlığının gələcəyinə dair çıxarılan qənaətlərin hüquqi deyil, siyasi xarakter daşıdığını qeyd etmək olar. 

Qeyd edilənlərlə yanaşı, onu də bildirmək istərdik ki, Venesiya Komissiyasının rəyində digər Media qanunun çoxsaylı maddələrinə münasibətin adekvatlığı - qəbul edilən Qanunun mahiyyəti və legitimliyini təsdiq edir”.

Milli Məclisin İnsan hüquqları komitəsi bir daha vurğulayıb ki, Venesiya Komissiyasının missiyası Avropanın ali Konstitusiya dəyərlərini qorumaq, üzv dövlətlərdə təşviq etməkdir: 

“AŞ-nın üzvü olan bütün dövlətlərdə Konstitusiyaların ən ali, mütləq dəyəri suverenlikdir. XXI əsrdə isə milli suverenlik: informasiya və media suverenliyi ilə ayrılmazdır, vahid tam təşkil edir. Biz Venesiya Komissiyasının mücərrəd, siyasi və deklarativ xarakter daşıyan bir çox tövsiyələrindən təəssüfümüzü ifadə edirik. 
Bununla yanaşı, konstitusion qanunvericiliyin təkmilləşdiriləsi yönündə konstruktiv birgə əməkdaşlığa, müzakirə və dialoqa hər zaman açıq olduğumuzu da xüsusi vurğulamaq istərdik” (APA.az).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO