Böyük Corc Buşun bacısı öldü

Böyük Corc Buşun bacısı öldü

Hazırda oxunan: Böyük Corc Buşun bacısı öldü

8056

ABŞ-ın 41-ci prezidenti böyük Corc Buşun (1924-2018) bacısı Nensi Ellis Buş 95 yaşında koronavirus infeksiyasının yaratdığı fəsadlardan ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” Nensi Buşun oğluna istinadən məlumat yayıb.

Onun sözlərinə görə, 2001-2009-cu illərdə Amerika administrasiyasına rəhbərlik edən Buşun bacısı və kiçik Corc Buşun bibisi bazar günü Masaçusettsdəki qocalar evində ölüb. 

Nəşr 30 dekabrda onun qızdırma ilə xəstəxanaya yerləşdirildiyini vurğulayır. TASS xəbər verir ki, aparılan testdə onun koronavirus virusuna yoluxduğu məlum olub.

Nensinin oğlu Ellis Buş ölüm səbəbinin koronavirusa yoluxma sonrası fəsadlar olduğunu deyib və son günlərdə vəziyyətinin xeyli pisləşdiyinə aydınlıq gətirib.

4 fevral 1926-cı ildə anadan olan böyük Corc Buşun bacısı ailədəki beş uşaqdan biri və tək qızı idi.

Uzun müddət özünü Liberal Demokrat kimi göstərib və Respublika Partiyasına yalnız 1988-ci ildə Buş ABŞ prezidentliyinə namizəd olduğu zaman qatılıb.

Qardaşına və sonra isə qardaşı oğluna dəstək olmaq üçün təşviqat kampaniyasında fəal iştirak edib. Ellis Buşun dörd övladı qalıb, əri Aleksandr Ellis 1989-cu ildə ölüb.

Böyük Buş 30 noyabr 2018-ci ildə həyatının 95-ci ilində vəfat edib. Prezidentliyi dövründə Mixail Qorbaçov və Boris Yeltsin ilə yeddi görüş keçirib.

Bunların nəticəsi strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılmasına dair iki müqavilənin (START-1 və START-2) imzalanması olub.

Böyük Buşun beş övladı, 17 nəvəsi, səkkiz nəticəsi var. Son illərdə keçmiş dövlət başçısı Parkinson xəstəliyindən əziyyət çəkib və əlil arabasında hərəkət etmək məcburiyyətində qalıb.

Oğlu Corc Buş Amerika Birləşmiş Ştatlarının 43-cü prezidenti, ikinci oğlu Ceb Buş isə Florida qubernatoru vəzifəsini icra edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO