Mingəçevirdə iri gövdəli ağac yataqxananın üzərinə aşdı - FOTO

Mingəçevirdə iri gövdəli ağac yataqxananın üzərinə aşdı - FOTO

Hazırda oxunan: Mingəçevirdə iri gövdəli ağac yataqxananın üzərinə aşdı - FOTO

80522

Mingəçevirdə iri gövdəli ağac beşmərtəbəli yataqxananın üzərinə aşıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 100 ailənin yaşadığı yataqxana binasında elə eyvanlar var ki, üzərinə  yıxılan ağac onların pəncərəsini açmağa imkan vermir.

Sakinlərin sözlərinə görə, aidiyyati qurumlar məlumatlı olsalar da, ağacı binanın üzərindən götürən yoxdur. 

Mingəçevir Şəhər Bələdiyyəsinin Yerli ekoloji məsələlər daimi komissiyasının sədri Nəbi Nəbiyev bölgə müxbirimizə bildirib ki,  onlara vaxtaşırı fərqli ərazilərdən oxşar məzmunlu müraciətlər daxil olur:

"Biz məsələni öyrənir, rəy alınması üçün 8 saylı Regioanal Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndəriririk. Yalnız bundan sonra hansısa ağaclar kəsilir ya budanaraq daşınır". 
Sözügedən binanın yerləşdiyi ərazi üzrə 7 sayli Mənzil İstismar Sahəsindən də hadisədən məlumatlı olduqlarını və problemin aradan qaldırılacağını bildiriblər.

Ehtiram Muradov, Bizim.Media - Mərkəzi Aran Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO