Heydər Əliyev Beynəlxalq Hava Limanında avtomobillərin uzun növbəsi yaranıb. Hava limanında parkinq xidməti göstərən aparatların işləməməsi buna səbəb olub. Ərazidə kifayət sayda aparatlar olduğu halda onlardan yalnız 3-nün işlək vəziyyətdə olduğu deyilir.
Avtomobilləri ilə hava limanına giriş edən sürücülər gərgin duruma etiraz ediblər.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında avtomobillərin 1 saatadək qalması 1 manat, 1 günlük parkinq isə 5 manata başa gəlir.
Bizim.Media sözügedən vəziyyətlə bağlı videonu təqdim edir:
Alçina Amilqızı, Bizim.Media