"Quba rayonunun Zərqava kəndinin yetirməsi Səlim Sultanov 18 yaşında şəhid olub. O, Vətən Müharibəsində xüsusi igidlik göstərib, Xocalının Çanaqçı kəndi ərazisində gedən qızğın döyüşlərdə canından keçib. Göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 3 döyüş medalı ilə təltif olunub”.
Bizim.Media xəbər verir ki, bu sözləri Zərqava kəndində Vətən Müharibəsinin ən gənc şəhidlərindən biri olan Səlim Sultanovun xatirəsinə inşa edilmiş “Səlim şəhidlər bulağı” xatirə kompleksinin açılışında Quba RİH başçısı Ziyəddin Əliyev deyib.
O, şəhidin atası Sultan Sultanova Vətən yolunda döyüşlərdə fəal iştirak edərək şəhidlik zirvəsinə ucalan övlad böyütdüyü üçün təşəkkür edib, Səlimin və bütün şəhidlərimizin ruhunu hörmətlə anıb.
Açılış mərasimində rayon rəsmiləri ilə yanaşı sakinlər, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər də iştirak edib.
“Səlim şəhidlər bulağı”nda Qubanın digər Vətən Müharibəsi şəhidlərinin xatirəsi də əbədiləşdirilib. Məktəblilər açılış mərasimində vətənpərvərliyi vəsf edən şeirlər səsləndiriblər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
15:11 / 22.06.2022
Qubada 18 yaşlı şəhidin xatirə bulağı yaradıldı – FOTO
Hazırda oxunan: Qubada 18 yaşlı şəhidin xatirə bulağı yaradıldı – FOTO
Hazırda oxunan: Qubada 18 yaşlı şəhidin xatirə bulağı yaradıldı – FOTO
80471
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.