Sabirabadda qız qaçıran Bakı sakini tutuldu 

Sabirabadda qız qaçıran Bakı sakini tutuldu 

Hazırda oxunan: Sabirabadda qız qaçıran Bakı sakini tutuldu 

80445

Sabirabadda qız qaçıran şəxs tutulub. 

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, iyunun 21-də Sabirabad rayonunun Suqovuşan kənd sakini Ə. Həsənov Rayon Polis Şöbəsinə müraciət edərək həmin gün saat 17 radələrində qız nəvəsinin naməlum şəxs tərəfindən evlənmək məqsədi ilə qaçırılmasını bildirib. 

Həmin gün saat 21 radələrində rayonun Nərimankənd kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü İ. İsmayılov yol polisinin əməkdaşlarına yaxınlaşıb avtomobilində olan 2 sərnişinin özlərini şübhəli aparmalarını bildirib. 
Araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakini R. Mirzəyev və qaçırılan qız olması müəyyən olunub və onlar saxlanılaraq Sabirabad RPŞ-yə təhvil veriliblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO