Ələt azad iqtisadi zonasında güzəştlər tətbiq olunacaq  

Ələt azad iqtisadi zonasında güzəştlər tətbiq olunacaq  

Hazırda oxunan: Ələt azad iqtisadi zonasında güzəştlər tətbiq olunacaq  

80435

“Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişikliklər edilib.  

Bizim.Media xəbər verir ki, “Ələt azad iqtisadi zonası haqqında” qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.  

Layihə səs çoxluğu ilə qəbul olunub.  

Dəyişikliklərdə Azad Zonada vergi tənzimlənməsinin dəqiqliyini təmin etmək, güzəşt və azadolmaların hədlərini və səmərəliliyini artırmaq üçün “əsas iqtisadiyyatın vergi ödəyicisi” anlayışının daxil edilməsi, 4-cü maddənin adının “Azad Zonada tətbiq edilən əsas iqtisadiyyat qanunvericiliyi” olaraq dəyişdirilməsi və Azad zonada tətbiq ediləcək əsas iqtisadiyyat qanunvericiliyi sırasına Azərbaycan Respublikasının cinayət yolu əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə qanunvericiliyinin əlavə edilməsi təklif olunur.  

Layihədə həmçinin, Azad Zona səlahiyyətli qurumunun fəaliyyətinin səmərəliyinin təmin edilməsi üçün hüquqlarının genişləndirilməsi, vergitutma məsələlərinin dəqiqləşdirilməsi, maliyyə xidmətləri göstərildikdə əsas iqtisadiyyatın qanunvericiliyinin tətbiq edilməsi, gömrük münasibətlərində yarana biləcək ziddiyyətlərin aradan qaldırılması ilə bağlı məsələlər öz əksini tapıb.  

Bununla yanaşı, sənəddə Azad Zonaya investisiya qoymaq və zonadakı fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini xaricə köçürmək hüququ, habelə xarici valyuta ilə işləmək və əməliyyatlar aparmaq hüququ olan şəxslərin dairəsi dəqiqləşdirilir, mübahisələrin həlli ilə bağlı müddəalarda bəzi düzəlişlər aparılıb.  
Qanuna edilən düzəlişlərin əsas mahiyyəti Azad Zona ilə Azərbaycanın əsas iqtisadiyyatının vergi ödəyiciləri arasında münasibətlərin tənzimlənməsi, vergiqoyma və vergitutmada həmin müəssisələrin digər ölkələrdən olan müəssisələrlə rəqabətdə uduzmaması, gömrük məsələlərində rəsmiləşdirmənin daha rahat olması və Azad zonanın dünyanın istənilən bir ölkəsi ilə rahat formada ticarət əlaqələrinin qurması ilə bağlı məsələlərin həlli ilə əlaqədardır.  

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO