Ajda Pekkanın villası satılır - ona 3 milyon verən ərəb şahzadəsi kimdir? - FOTO

Ajda Pekkanın villası satılır - ona 3 milyon verən ərəb şahzadəsi kimdir? - FOTO

Hazırda oxunan: Ajda Pekkanın villası satılır - ona 3 milyon verən ərəb şahzadəsi kimdir? - FOTO

8037

Ünlü müğənninin illərdir satışa qoyulan Bahçeköydəki villasına axır ki, müştəri tapılıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu müştəri, Dubaydan olan ərəb şeyxinin oğludur. Hələlik şahzadənin kimliyi gizli saxlanılır.

İlkin məlumatlara görə, villanın ilkin satış qiyməti 20-25 milyon türk lirəsi aralığında razılaşdırılıb. Superstar üç il əvvəl villasını 40 milyon TL-yə satışa çıxarmışdı.

Villa üç mərtəbəli yaşayış kompleksi ilə birlikdə 1.1 ha ərazidə salınıb. İdman salonu, hovuzu, qulluqçular üçün ayrı yaşayış yeri, bağçası olan ərazi 24 saat özəl qorumalar tərəfindən qorunur. 

Xatırladaq ki, pandemiya dönəmində Ajda Pekkan bütün vaxtını bu villada keçirir. Burada pandemiyanın bütün şərtlərinə əməl edilir, hətta istifadə olunan maskaların orqanik əsasda olmasına da fikir verilir.

Villanın yaxın günlərdə artıq yeni sahibinə təslim ediləcəyi gözlənilir. Onu da xatırladaq ki, Ajdanın İstanbulun başqa səmtində özəl yaşayış sahəsi möcuddur.

Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO