Rusiya lideri Vladimir Putin Dağlıq Qarabağdakı nizamlanma və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edən təcili iclas keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Putin Makrona zəng etdi – MÜZAKİRƏ QARABAĞDIR
"Azərbaycan prezidenti Ilham Əliyevlə və Ermənistanın baş naziri Nikol Paşinyanla görüş ərəfəsində Vladimir Putin Dağlıq Qarabağ nizamlanması və Cənubi Qafqazdakı vəziyyət məsələlərini müzakirə edən iclas keçirib", - deyə məlumatda bildirilir.
İclasda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, FSB direktoru Aleksandr Bortnikov, həmçinin Sergey Narışkin iştirak ediblər.
Bizim.Media