Kərim Abbasov:

Kərim Abbasov: "Bayağı mahnıların ifaçıları Tünzaləyə qulaq asmayacaq" – VİDEO

Hazırda oxunan: Kərim Abbasov: "Bayağı mahnıların ifaçıları Tünzaləyə qulaq asmayacaq" – VİDEO

80217

“Mənim Tünzalə Ağayeva ilə heç bir şəxsi qərəzim yoxdur. Toydan toya bir-birimizi görərik ya görmərik”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov qonaq olduğu “Taxirin bir günü” günorta şousunda deyib. 

Sənətçi həftələr əvvəl Tünzalə ilə “Bayağı ifaçılar və mahnılar” məsələsi ətrafında yaşadığı qalmaqala aydınlıq gətirib.  

“Bu gün Tünzalə Ağayeva və o tərzdə ifa edən ifaçılar çox olsaydı, açacaqdın efirləri, onları görəcəkdin. Belə olan halda Tünzalə onlar arasında seçilməyəcəkdi. O zamanlar necə Şövkət Ələkbərova, Rəşid Behbudov vardı, onlarla bərabər Ağadadaş Ağayev, Baloğlan Əşrəfov da vardı. Bu ta qədimdən necə olubsa, eləcə də gedəcək.
Bu gün bayağı mahnıları sevənlər ayrıdır, Tünzaləni sevənlər ayrı. Nə qədər bayağı ifaçılar desək də, bunların kökü kəsilməyəcək, əksinə artacaq. Bayağı mahnıların ifaçıları nə Tünzalə Ağayevaya, nə dəki Sevda Ələkbərzadəyə qulaq asacaqlar”. 

Qeyd edək ki, Kərim Abbasov “Şourum” maqazin verilişinə müsahibəsində "Tünzalənin bir mahnısına sona kimi qulaq asa bilmərəm.
Əsəblərim gərginləşir. Tünzalə zövqümdə deyil. Onun bir ifasına qulaq asan kimi yoruluram. İfası gələndə həmin kanalı dəyişirəm.

Tünzalə oxuyanda burun-boğazları vurur, mahnısı məni qıcıqlandırır. Həmin boğaz qulağıma gələndə ətim ürpəşir” deyərək Xalq artisti Tünzalə Ağayeva ilə yeni qalmaqalın təməlini qoymuşdu. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO