Rusiyalı jurnalist Nobel medalını 100 milyon dollara satdı - Ukraynalı uşaqlara yardım edəcək

Rusiyalı jurnalist Nobel medalını 100 milyon dollara satdı - Ukraynalı uşaqlara yardım edəcək

Hazırda oxunan: Rusiyalı jurnalist Nobel medalını 100 milyon dollara satdı - Ukraynalı uşaqlara yardım edəcək

80197

Rusiyanın “Novaya qazeta” qəzetinin baş redaktoru, jurnalist Dmitri Muratov 2021-ci ildə aldığı Nobel Sülh Mükafatının medalını 103,5 milyon dollara satıb.

Bizim.Media “The Guardian”a istinadən xəbər verir ki, onlayn ticarət 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə başlayıb.

Muratov bildirib ki, əldə olunan vəsait ukraynalı qaçqın uşaqlara yardım üçün UNICEF-ə göndəriləcək.

Muratovun fikrincə, “bu, insanların ukraynalılara kömək etmək üçün başlanan fləşmobun başlanğıcı olmalıdır. Hər kəs öz qiymətli əşyalarını satmalıdır”.

Qeyd edək ki, Muratovun medalında əridilmiş halda 175 qram qızıl var. Qiyməti təxminən 10 min dollardır.

İndiyədək James Watson medalını 2014-cü ildə ən yüksək qiymətə, 4,7 milyon dollara satmışdı. O, 1962-ci ildə DNT-nin quruluşunu kəşf etdiyinə görə Nobel mükafatı almışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO