Şəmkirdə istifadəyə yararsız ət aşkarlandı - FOTO

Şəmkirdə istifadəyə yararsız ət aşkarlandı - FOTO

Hazırda oxunan: Şəmkirdə istifadəyə yararsız ət aşkarlandı - FOTO

80164

Şəmkirdə külli miqdarda istehlaka yararsız ət aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Şəmkir rayonu, Sabirkənd kəndində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə baxış keçirilən zaman Əliyev Nurlan Məhəmməd oğluna məxsus mağazada satışa çıxarılan ətin rənginin qara, kəskin qoxulu və istehlaka yararsız olduğu müəyyən olunub.

Həmçinin, mağazanın qarşısında 57-CD-617 dövlət nömrə nişanlı “Qazel” markalı avtomobilin yük yerində istehlaka yararsız ət aşkar olunub. Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. 75 kiloqram rəngi qara, kəskin qoxuya malik ət isə məhv edilib.
Araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO