Kürdəmirdə qəzada ölənlər hərbçilərdir - YENİLƏNİB - FOTO/VİDEO

Kürdəmirdə qəzada ölənlər hərbçilərdir - YENİLƏNİB - FOTO/VİDEO

Hazırda oxunan: Kürdəmirdə qəzada ölənlər hərbçilərdir - YENİLƏNİB - FOTO/VİDEO

79921

Kürdəmir rayonunda baş verən qəzada yaralanan hərbiçilərimiz vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Kürdəmir rayon Polis şöbəsi yayıb.

Mənbə qeyd edir ki, hadisə zamanı xəsarət alan iki hərbiçi - 1988-ci il təvəllüdlü mayor Yusif Mahir oğlu Məmmədli və 1999-cu il təvəllüdlü Fərid Samir oğlu Nəsibov Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Hadisə zamanı xəsarət alan 1994-cü il təvəllüdlü Hatəm Aydəmiroviç Baydaşovun isə vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisə bu gün Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetməni itirərək “Azpetrol” MMC-yə məxsus “Man” markalı yük maşınına çırpılıb.


12.00

Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndindən keçən hissəsində baş verən qəzada 2 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, həlak olanlar “Toyota”da olan 2 nəfər, sürücü ilə sərnişin - Xatəm Baydaşov və Fərid Nəsibovdur.

Xaırladaq ki “Toyota Corolla” markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən "Azpetrol" şirkətinə məxsus yanacaq daşıyan “KamAZ” markalı yük maşınına çırpılıb.

11.05

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Kürdəmir rayonu ərazisindən keçən hissəsində qeyd alınıb.

Belə ki, “Toyota Corolla” markalı minik avtomobilinin yük maşınına çırpılması nəticəsində 3 yaralı var.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran Bürosu
 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO