Emin:

Emin: "Klip çəkilişlərini o qədər də sevmirəm" - VİDEO

Hazırda oxunan: Emin: "Klip çəkilişlərini o qədər də sevmirəm" - VİDEO

79910

"Hazırda biz Müslüm Maqomayevin yaradıcılığına həsr olunacaq bir sıra rusiyalı artistlərin iştirakı ilə Moskva konsertlərinin hazırlıq işləri ilə məşğul oluruq".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalarov ötən axşam baş tutan konsertindən əvvəl media əhlinin suallarına cavab verərkən deyib.

MÖVZU İLƏ BAĞLI:

Emin Ağalarov Bakıda solo konsert verdi - FOTO/VİDEO


Sənətçi SSRİ Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyi ilə əlaqədar Bakıda keçiriləcək möhtəşəm konsertin pərdəaxrası məqamlarından söz açıb.

"Müslüm Maqomayevin 80 illiyinə həsr olunacaq Bakı konserti ona görə fərqli olacaq ki, orada azərbaycanlı sənətçilər çoxluq təşkil edəcək. Mən təşkilatçı deyiləm. Sadəcə konsert işlərində biraz yardımçı olacağam. Bakıda konsert Heydər Əliyev Sarayında baş tutacaq. Müslüm Maqomayevin repertuarına bələd olan bir sıra sənətkarların Bakıya gəlməsində özüm də iştirak edəcəyəm".

Emin ötən axşam baş tutan konsertində ailə üzvlərinin iştirak etməməsinin səbəblərini açıqlayıb.

"Övladlarım və valideyinlərim hazırda Bakıda deyillər. Anam Amerikada, atam isə Moskvadadır. Hər kəs öz işi ilə məşğuldur".

Xalq artisti yaxın dostları, eləcə də gənc həmkarları ilə duet oxumaq istəsə də, zamanının az olmasından şikayətlənib.

"Dostlarım "Hammali & Navai" və "Jony" ilə duet yazdırmaq istəsəm də qrafikimin sıx olmasından bu işi hələ də alındıra bilmirəm. Moskvaya qayıdacağam. Onları studiyaya gətirməyi planlaşdırıram. Bəlkə birlikdə yeni mahnı lentə aldıq. Tezliklə yeni nəğməni eşidəcəksiniz. Əks halda, yaxın ərəfədə heç bir duet buraxmayacağıq".

Arda-arda oxuduğu nəğmələrə ekran həyatı verən müğənni yaxın ərəfələrdə klip çəkdirməyəcəyini bildirib.

"Yeni klip çəkmək istəmirəm. Çəkilişləri o qədər də sevmirəm. Əgər komandam nəyisə məcbur etsə, onda bu barədə düşünməyə dəyər".

Müsahibəsinin sonunda Emin işləri ilə əlaqədar Bakıda çox qala bilməyəcəyini, Moskvaya geri qayıdacağını açıqlayıb.

 "Bazar günü işlərimlə məşğul olacağam, sonra isə iş günüdür. Çərşənbə axşamı mən artıq Moskvada olmalıyam".

Rəşad Əliyev, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO