Bakıda lift qırıldı - Xəsarət alanlar var

Bakıda lift qırıldı - Xəsarət alanlar var

Hazırda oxunan: Bakıda lift qırıldı - Xəsarət alanlar var

79818

Bakıda binada liftin qırılması nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirilib. 

Bu barədə Bizim.Media-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alanlardan 4-ü bel, bud-çanaq və aşağı ətrafların travması diaqnozu ilə 3 saylı Kliniki Şəhər Xəstəxanasında hospitalizasiya olunub. 1 nəfər tibb müəssisəsinə getməkdən imtina edib. 

Xatırladaq ki, dünən saat 22:20 radlərində Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi çoxmərtəbəli binada lift qırılıb. Nəticədə liftdə olan 4 qadın və 2 azyaşlı xəsarət alıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO