İşsizlik yaradan əsas səbəb - Abuturiyentlər düzgün ixtisas seçimi etmirlər

İşsizlik yaradan əsas səbəb - Abuturiyentlər düzgün ixtisas seçimi etmirlər

Hazırda oxunan: İşsizlik yaradan əsas səbəb - Abuturiyentlər düzgün ixtisas seçimi etmirlər

79738

DİM-dən Bizim.Media-ya verilən məlumata əsasən bu il ərizə qəbulunda 66 mindən çox abituriyent 5-ci ixtisas qrupunu seçib.1-ci qrup üzrə bu say  30 minin, 4-cü qrup üzrə isə 4 minin üzərindədir.

Abituriyentlər əsasən 5-ci qrupa ona görə üz tuturlar ki, məzunlar buraxılış imtahanı əsasında 5-ci qrupun ixtisas seçimində iştirak etmək hüququ qazanırlar. Ordan əldə etdikləri nəticələr onlara 5-ci qrupa qəbulda  iştirak etmək üçün kifayət edir.

“Digər qruplarda isə blok imtahanları keçirilir və blok imtahanlarından əldə onunan nəticə, üstəgəl buraxılış imtahanında əldə olunan ballar ilə onlar seçdikləri qrupun qəbul imtahanlarında iştirak etmək hüququ qazanırlar”.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycandakı sosial problemlərin əsas səbəbi işsizlikdir” - Əli Məsimli 


Abituriyentlərin sənəd qəbulu zamanı 5-ci qrupa üstünlük vermələri və nəticədə çox az məzunun müsabiqədən keçə bilməsi,eyni zamanda əmək bazarında yaranan işsizlik problemi uzun müddətdir ki, həm övladlarını cəmiyyət üçün faydalı şəkildə hazırlamağa çalışan valideyinlər, həm də əmək bazarında uyğun işçi qüvvəsi tapa bilməyən sahibkarlar, bütövlükdə isə bütün cəmiyyətimiz üçün narahatlıq doğurur.

Təhsil üzrə ekspert Elçin Əfəndi Bizim.Media-ya mövzu ilə bağlı verdiyi açıqlamada bildirib ki,digər qruplarla nisbətdə orada qəbulun asan olması səbəbindən abituriyentlər  daha çox 5-ci qrupa  üz tuturlar.

Təbii ki, burada qabiliyyət imtahanlarından uğurlu nəticələr əldə edərlərsə, ixtisas üzrə qəbul olurlar.

“Əmək bazarında  isə 5-ci qrupa nisbətən digər qruplarda daha çox təlabat olur.5-ci qrup imtahanlarında buradakı  nətcələri ilə 11 iilik təhsildən kolleclərə daxil olmaq istəyən tələbələrin də iştirak etməsi qrupun sənəd qəbulunu artıran səbəblər arasındadır.Mənim fikrimcə, abituriyentlərin əksəriyyəti blok imtahanlarından çəkinir və  ona görə də 5-ci qrupa üz tuturlar .Əgər ümumi statistikaya baxsaq, 5-ci qrup üzrə  hər il 70 min nəfər müraciət edirsə, onun 9-10 mininin qabiliyyət imtahanlarından keçdiyini görə bilərik .Çünki 5-ci qrupa  ərizə verənlərin çoxu hər il qrup üzrə formalaşan keçid balını keçə bilmirlər”.

Ekspert vurğulayıb ki ,abituriyentlərin məsələyə bu cür yanaşması doğru deyil. Səbəbini isə valideyinlər arasında ixtisas seçimi ilə bağlı düzgün maarifləndirmə aparılmaması və ali məktəbə sənəd verən zaman mütəxəsis rəyinin soruşulmaması ilə əlaqələndirib.

“Valideyinlər kortəbii şəkildə heç bir mütəxəsis rəyi almadan, hansı universitet və ya ixtisas demədən övladlarının təhsilli olmasını arzu edirlər.7-ci sinifdən doğru ixtisas seçiminə başlamaq lazımdır və  bu zaman mütəxəsis rəyi mütləqdir. Nəzərə almaq lazımdır ki, əmək bazarında tələb olunan ixtisaslar hansılardır və abituriyentin həmin ixtisasa uyğunluğu nə səviyyədədir. Hər bir gənc araşdırma apardıqdan sonra hansı qrup üzrə hazırlaşacağını müəyyən etsə, bu həm onun özü üçün, həm də cəmiyyət üçün çox faydalı olardı”.

Hal-hazırda əmək bazarı üzrə faydalı ola biləcək ixtisasların qruplar üzrə dəyərləndirilməsini aparan ekspert bildirib ki, gələcəkdə işsizlik problemi yaşamamaq üçün abuturiyentlər bunu mütləq şəkildə nəzərə almalıdırlar:

“1-ci ixtisas qrupu üzrə neft-qaz, informasiya texnologiyaları təhlükəsizliyi, kompyuter elmləri, memarlıq, nəqliyyat daşınmaları  ixsasarına təlabat var.

2-ci qrupda maliyyə, mühasibat, davamlı inkişafın idarə olunması, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi və menecment hər zaman ehtiyac olan sahələrdir . Son dövrlərdə çox sürətlə inkişaf edən marketinq ixtisasına olan tələblər  əmək bazarında  getdikcə yüksəlməkdədir.

3-cü qrupda hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, beynəlxalq münasibətlər, sosial işin paralelində hər ixtisas qrupu üzrə iş imkanları ilə zəngin olan pedoqoji sahələr var.
4-cü qrupda tibb, stomotologiya, əczaçılıq və son illərdə fəaliyyət dairəsi genişlənməkdə olan tibbi biologiya təlabatın artdığı sahələr arasındadır.

5-ci qrupda isə dizaynerlik, bədən tərbiyəsi və idman müəllimi ixtisasları əmək bazarında hər daima təlabata uyğundur.”

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO