Bullinqə qarşı mübarizə istiqamətində yeni layihəyə start verilir

Bullinqə qarşı mübarizə istiqamətində yeni layihəyə start verilir

Hazırda oxunan: Bullinqə qarşı mübarizə istiqamətində yeni layihəyə start verilir

79706

Azərbaycan Gənclər Fondunun dəstəyi, “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin təşkilatçılığı, “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə “Stop or Stop it” layihəsinə start verilir. 

“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, layihə çərçivəsində qeydiyyat və müsahibə mərhələsini uğurla başa vurmuş 25 nəfər gənc  bullinqlə mübarizə, fizioqnomika, şəxsiyyət kimi formalaşma, “təlimçilər üçün təlim”, “nifrət nitqinə yox” və digər mövzularda müxtəlif təlim sessiyalarına qatılacaqlar. 

Həmçinin bildirilib ki, layihənin növbəti mərhələlərində gənclər öyrəndikləri bilik və təcrübələri təlim və görüş formatında digər gənclərlə bölüşəcəklər.

Bullinq mövzusunun aktuallığını nəzərə alaraq layihənin həyata keçirilməsi nəticəsində gənclərin bu sahədə öz üzərində işləyərək təlimçi kimi formalaşması təmin ediləcək. 

Qeyd edək ki, “Stop or Stop it” layihəsinin əsas məqsədi Azərbaycanda gənclər arasında bullinqlə mübarizəni gücləndirmək, onun fəsadları haqqında maarifləndirmə aparmaq və gənclərdə özünəinam, şəxsiyyət hissinin formalaşmasına yardımçı olmaqdır. 
Layihədə iştirak etmək istəyən 16-29 yaş aralığında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: //bit.ly/stoporstopit 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO