Bakının “Bakıkart” dərdi ....

Bakının “Bakıkart” dərdi ....

Hazırda oxunan: Bakının “Bakıkart” dərdi ....

Özət:
  • Narazı sakinlər
  • Ekspertlərin alternativ təklifi
  •  Araşdırmaya ehtiyacı olan aidiyyatı qurum
795

“Bu aparat qızıldandı bəyəm?”, “Canımız boğazımıza yığılıb!”, “Bunun birini bura yerləşdirsəniz dünya dağılacaq?  Bunlar Biləcəri qəsəbəsi “spuska dairəsi” adlanan dayanacağa yaxınlaşan sərnişin narazılığının bir neçəsidir. Səbəb isə Biləcəri dairəsindəki “Bakıkart” aparatlarının yerli-dibli mövcud olmamasıdır.

Xüsusilə Bakıətrafı qəsəbə və ərazilər “Bakıkart” aparatı sarıdan  gözdən uzaq, könüldən iraq qalıblar.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı problemlə bağlı alternativ variant təklif edir. O deyir ki, bütün dayanacaqlara “Bakıkart” aparatı yerləşdirmək böyük maliyyə tələb edir. Amma balansın artırılmasını asanlaşdırmaq olar: “Bu daha ucuz və sərfəli bir variantdır. Bu variantlara ödəmə terminalları, bank kartı, mobil tətbiqlər vasitəsilə və internet üzərindən ödəmə üsulları yaradılsa aparatlara ehtiyac qalmayacaq. Vəziyyətdən çıxış üçün Bakı Nəqliyyat Agentliyi təkliflər üzərində işləməlidir”.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev isə mövzu ilə bağlı araşdırmaya ehtiyac olduğunu söylədi. BizimMedia olaraq məsələni diqqətdə saxlayacağıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO