Qəbələdə avtomobil ağaca çarpıldı – ATA ÖLDÜ, OĞLU XƏSARƏT ALDI

Qəbələdə avtomobil ağaca çarpıldı – ATA ÖLDÜ, OĞLU XƏSARƏT ALDI

Hazırda oxunan: Qəbələdə avtomobil ağaca çarpıldı – ATA ÖLDÜ, OĞLU XƏSARƏT ALDI

79472

Qəbələdə avtomobil ağaca çarpılıb, ata ölüb, oğlu xəsarət alıb.

Bizim.Media xəbər verir ki, hadisə bu gün səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Nic qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, report-un məlumatına görə, Oğuz rayonunun Kərimli kənd sakini, 1994-cü il təvəllüdlü Pərvin Əlövsət oğlu Əsgərovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq ağaca çarpılıb. 

Nəticədə avtomobildə olan sərnişin - sürücünün atası 1963-cü il təvəllüdlü Bəylər Əlövsət oğlu Əskərov hadisə yerində ölüb.

Qəza zamanı 28 yaşlı P. Əskərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO