Azərbaycan millisi ikinci dəfə AVROPA ÇEMPİONU OLDU

Azərbaycan millisi ikinci dəfə AVROPA ÇEMPİONU OLDU

Hazırda oxunan: Azərbaycan millisi ikinci dəfə AVROPA ÇEMPİONU OLDU

79437

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında yunan-Roma güləş üzrə yarışa yekun vurulub.

Bizim.Media Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yeniyetmələrdən ibarət milli komandamıx həm medalların sayına, həm də toplanan xallara görə rekorda imza atıb.

Qitə birinciliyinə böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayevlə Elvin Mürsəliyevin rəhbərliyi altında yollanan 10 idmançıdan 8-i fəxri kürsüyə qalxıb.

Fəraim Mustafayevlə (55 kq) Məhəmməd Qasımzadə (60 kq) bütün rəqiblərinə qalib gələrək, Avropa çempionu olublar.

Elvin İbadov (48 kq), Vədat Qasımlı (51 kq), Seymur Qasımov (65 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) gümüş, Hüseyn Savadov (45 kq) isə bürünc medal qazanıb.

Beləliklə, 2 qızıl, 5 gümüş və 1 bürünc medal əldə edən yunan-Roma güləşi üzrə U-17 yığması 175 xalla - aşkar üstünlüklə Avropa çempionu olub. Azərbaycan 2-3-cü yerləri bölüşən Gürcüstan və Ukraynanı 66 xal qabaqlayıb. Bununla da milli komanda titulunu qoruyub.
Qeyd edək ki, Azərbaycan yığması ötən il Bolqarıstanda keçirilən analoji yarışda 155 xalla Avropa çempionu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO