“Subbakalavrların universitetlərə qəbulu təhsilin əlçatanlığını artırır, ancaq rektorlarla olan müzakirəmizdən belə nəticəyə gəlinir ki, bu keyfiyyət faktoruna elə də yaxşı təsir etmir”.
Bu fikirləri “Abituriyent 12” jurnalının təqdimat mərasimində Təhsil naziri Emin Əmrullayev qeyd edib. Onun sözlərinə görə, subbakalvrların keyfiyyətli mütəxəssis kimi hazırlanması prosesi gözlənilən nəticəni vermir.
Buna səbəb olan faktorlar isə hər kəsi düşündürür. Subbakalavrların gözlənilən nəticələri doğrultmamasının başlıca səbəbləri nələrdir?
Təhsil eksperti Elçin Əfəndi Bizim.Media-ya mövzu ilə bağlı aydınlıq gətirib.
Onun sözlərinə görə, problem orta ixtisas təhsil müəssələrində verilən təhsillə birbaşa əlaqəlidir:
“Subbakalavrları arzuolunmamasına səbəb onların orta ixtisas təhsil müəssisələrində əldə etdikləri bilik-bacarıqlarla bağlıdır. Çünki həmin biliklər ali təhsil müəssisələri üçün o qədər də kifayət etmir. Onlar ümumi kreditləri toplaya bilmir və ya kəsrləri çox olur. Lakin bu məsələdə problemin həll yolu orta ixtisas müəssisələrində təhsil keyfiyyətinin artırılmasıdır. Həmçinin əksər subbakalavrlar əmək fəaliyyəti ilə məşğuldurlar. Ona görə çox zaman qiyabi təhsilə üstünlük verirlər. Məhz bu səbəblərə görə, bəzi rektorlar subbakalavrların universitetlərə qəbul prosesini dəyişdirməyə, dayandırmağa cəhd edirlər”.
Subbakalavrların ali təhsil müəssisələrində yüksək ixtisaslı kadr kimi hazırlanması üçün hansı addımlar atılmalıdır?
“Fikrimcə, qarşıdakı illərdə orta ixtisas təhsil müəssisələrində dərs keyfiyyəti artırılmalı və subbakalavrlara müəyyən şərtlər qoyulmalıdır. Müvafiq olaraq keçid balı formalaşdırılmalıdır. 90 bal yuxarı toplayan subbakalavrlarların ali təhsil müəssisələrinə qəbul seçimi aparılmalıdır. Belə olan halda orta ixtisas müəssisələrindəki tələbələr arasında ümumi rəqabət də artacaq. Bu rəqabətin olması həmçinin yüksək ixtisaslı kadrların hazırlanması və ali təhsil müəssisələrinə qəbul olunmasına real imkanlar aça bilər amma biz subbakalavrların universitetlərə qəbulunu tam dayandırılmamalıdır”, - deyə E.Əfəndi qeyd edib.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 15.06.2022
Subbakalavrlar niyə özlərini doğrulda bilmir? - Ekspert səbəbləri AÇIQLADI
Hazırda oxunan: Subbakalavrlar niyə özlərini doğrulda bilmir? - Ekspert səbəbləri AÇIQLADI
Hazırda oxunan: Subbakalavrlar niyə özlərini doğrulda bilmir? - Ekspert səbəbləri AÇIQLADI
79259
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.