Füzulidə 21 hektar ərazidə park yaradılacaq

Füzulidə 21 hektar ərazidə park yaradılacaq

Hazırda oxunan: Füzulidə 21 hektar ərazidə park yaradılacaq

79250

Qarabağ Dirçəliş Fondunun yaradılmasında məqsəd işğaldan azad olunmuş ərazilərdə görülən işlərə dəstək verməkdir. Biz, eyni zamanda, ermənilər tərəfindən dağıdılan ərazilərə dəyən zərərin həcmini də hesablayırıq.

Bizim.Media xəbər verir ki, bu fikriləri ADA Universitetində təşkil olunan “Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf” mövzusunda dəyirmi masada Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev söyləyib.

Rəhman Hacıyev işğaldan azad olunmuş ərazilərin bərpası üçün böyük maliyyə vəsaitinin lazım olduğunu vurğulayıb. Həmçinin qeyd edib ki, büdcə gəlirlərinin artırılması üçün alternativ gəlir mənbələrinə ehtiyac vardır.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin sahibkarlığın inkişafı barədə çıxışları Qarabağda fəaliyyət göstərəcək bütün şirkətlər üçün motivasiya olmalıdır.

"Biz Qarabağda gördüyümüz işlərdə müasir texnologiyalardan istifadə edirik və bizimlə işləmək istəyənlərə bu istiqamətdə də tövsiyələr veririk. Işğaldan azad olunmuş ərazilərdə ilin sonuna kimi 50 min ağacın əkilməsi planlaşdırılır. Bundan əlavə, Füzulidə 21 hektar ərazidə parkın salınması da görüləcək işlərə daxildir. 21 hektar ərazidə salınacaq park, həmçinin alternativ enerji mənbələrindən istifadə etmək üçün önəmli olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO