Alban-Udi Xristian icması Laçında

Alban-Udi Xristian icması Laçında "Ağoğlan" məbədini ziyarət etdi - FOTO

Hazırda oxunan: Alban-Udi Xristian icması Laçında "Ağoğlan" məbədini ziyarət etdi - FOTO

79241

Alban-Udi Xristian dini icmasının üzvləri Milli Qurtuluş günü münasibəti ilə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə işğaldan azad olunan Laçın rayonuna səfər təşkil olunub. 

Bizim.Media xəbər verir ki, məqsəd Laçın rayon ərazisində yerləşən qədim alban məbədi olan Ağoğlan monastırını ziyarət etmək, Milli Qurtuluş Gününü orada qeyd etməkdir. 

Keçirilən tədbirdə Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin daşıyıcısı olan Alban-Udi xristian dini icmasının üzvləri və mətbuat nümayəndələri iştirak edir. 

Qeyd edək ki, Ağoğlan monastırı Ağoğlan çayının sahilində, Laçın şəhərinə yaxın ərazidə Kosalar kəndində yerləşən. V-VI əsrlərə aid bazilikadır. Monastirin Azərbaycan dilli ədəbiyyatda istifadə edilən adı - Ağoğlan monastırı - abidə yaxınlığından keçən kiçik dağ çayının adı ilə əlaqəlidir Laçın rayonu 28 il işğal altında qaldığı müddətdə isə ermənilər bu monastırı da özününküləşdirməyə çalışıb, hətta adını dəyişib "Sisernavank" qoyublar. 

Monastirin divarlarında tarixi-dini abidənin guya ermənilərə məxsus olduğunu əks etdirən daş kitabələr yerləşdirilib. Ermənilər ərazini tərk edəndə isə yenə monastırda quraşdırılan şamdanları və bəzi tarixi materialları yox edərək ərazini tərk ediblər. 
Rafik Danakari bildirib ki, bu məbəd qədim Alban dövlətinə məxsusdur. Ermənilər işğal ərəfəsində burada saxtakarlıqla bəzi dəyişikliklər etməyə çalışıblar. Məbədin divarlarına erməni dilində yazılar yazıblar, bəzi hissələri dəyişdiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO