İradə transparan geyimdə cazibər pozları ilə GÜNDƏMDƏ - FOTO 

İradə transparan geyimdə cazibər pozları ilə GÜNDƏMDƏ - FOTO 

Hazırda oxunan: İradə transparan geyimdə cazibər pozları ilə GÜNDƏMDƏ - FOTO 

79214

13 il əvvəl ailə qurub Türkiyəyə köçən və orada müğənnilik fəaliyyətini davam etdirən müğənni İradə İbrahimova yeni fotoları ilə diqqətləri üzərinə cəmləyib.  

Bizim.Media xəbər verir ki, sənətçi qarın hissəsi transparan geyimdə peşəkar fotoqraf Orçun Mutlunun obyektivinin qarşısına keçib.  

Cazibədar görünüşü və fit vücudunu şəkillərdə nümayiş etdirən İbrahimova görüntülərini sosial şəbəkə hesabında paylaşıb.  

Pop ulduz yayımladığı fotolara “Özümüzü müqayisə etmək məcburiyyətində olduğumuz tək insan yenə də keçmişdəki özümüzük”, - deyə şərh yazıb. 

Qeyd edək ki, iş adamı Ceyhun İzerlə ailəli olan İradə İbrahimovanın İpək adlı qızı, Əli adlı oğlu var.  

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO