İstanbulda İran kəşfiyyatçıları həbs edildi - İsrailli turistlərə hücum...

İstanbulda İran kəşfiyyatçıları həbs edildi - İsrailli turistlərə hücum...

Hazırda oxunan: İstanbulda İran kəşfiyyatçıları həbs edildi - İsrailli turistlərə hücum...

79169

Türk kəşfiyyatının rəsmiləri İstanbulda israilli turistlərə qarşı hücumlar planlaşdıran bir qrup İran kəşfiyyatçısının kimliyini müəyyən ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Yedioth Ahronoth” nəşri yayıb.

Mənbə İsrail təhlükəsizlik rəsmisinə istinadən yazır ki, İslam İnqilabı Keşikçiləri Korpusunun bir neçə əməliyyatçısı Türkiyədə həbs edilib.

Türkiyə mətbuatının məlumatına görə, daha bir qrup iranlı hələ də azadlıqdadır və bu səbəbdən onların israillilərə hücum edə biləcəyi qorxusu hələ də qalıb.

“Yedioth Ahronoth” xatırladır ki, mayın 30-da İsrailin xarici işlər naziri Yair Lapid İstanbulda olan israillilərə “mümkün qədər tez getməyi” tövsiyə edib.

“Türkiyədə son həftələrdə baş verən hadisələrdən və iranlıların İstanbulda tətil edən israillilərə hücum etmək cəhdlərindən sonra biz İsrail vətəndaşlarını ora səyahət etməkdən çəkinməyə çağırırıq”, deyə o, qeyd edib.
Bundan sonra İsrail Milli Təhlükəsizlik Şurası Türkiyəyə səfər xəbərdarlığı edib. İndi İsraildə İstanbul üçün 4-cü səviyyə xəbərdarlığı var. Bu, o deməkdir ki, israillilər üçün təhlükə dərəcəsi baxımından şəhər dünyanın İran, Əfqanıstan və bəzi başqa yerləri ilə müqayisə oluna bilər.

İsrail baş nazirliyi də Türkiyədə ölkə vətəndaşları üçün etibarlı təhlükəsizlik təhdidinin olduğunu bəyan edib.

Bundan əvvəl bildirilmişdi ki, son həftələr İranda qeyri-müəyyən şəraitdə aeronavtika, pilotsuz təyyarələrin, raketlərin və peyklərin hazırlanması, habelə nüvə sahəsi üzrə bir neçə tanınmış alim və ekspert ölüb və ya həlak olub. İran bu hadisələrin arxasında İsrail kəşfiyyatçılarının dayandığına inanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO