Təhsil naziri Emin Əmrullayev əməkdar müəllimlərin, eyni zamanda, yaşı 60 və daha çox olanların sertifikasiyaya cəlb edilməsinin etiraza səbəb olmasına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, qaydalarda hər şey öz əksini açıq şəkildə tapıb:
“Yaşlı nəsildən olan müəllimlər məktəbdə dərs deyir və yaxud demək istəyirsə, sertifikasiyadan keçməlidir.
Bunlar dərs prinsipinin gündəminə uyğun olmalıdır. Mən inanıram ki, müəllimlər, xüsusən əməkdar müəllimlər üçün bunun heç bir problemi yoxdur. Sertifikasiyadan kəsilən müəllim növbəti 1 il ərzində yenidən imtahan verə bilər. Sertifikasiya yenilik olsa da, bu, bütün dünyada var”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:15 / 14.06.2022
60-dan yuxarı müəllimlər sertifikasiyaya necə cəlb ediləcək?
Hazırda oxunan: 60-dan yuxarı müəllimlər sertifikasiyaya necə cəlb ediləcək?
Hazırda oxunan: 60-dan yuxarı müəllimlər sertifikasiyaya necə cəlb ediləcək?
79160
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.