Kəlbəcərdə əsgərin ölümü ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB 

Kəlbəcərdə əsgərin ölümü ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB 

Hazırda oxunan: Kəlbəcərdə əsgərin ölümü ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB 

79139

Kəlbəcərdə elektrik cərəyanının vurması nəticəsində həyatını itirən əsgər Əliyarov Riyad Məmməd oğlunun ölümü ilə bağlı cinayət işi açılıb.  

Bu barədə Bizim.Media-ya Kəlbəcər Hərbi Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, fakt üzrə  Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) ilə cinayət işi başlanılaraq şahidlər dindirilib.

Müvafiq ekspertizalar təyin olunub və digər istintaq hərəkətləri həyata keçirilib. 

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin  tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək. 

*** 10.05 

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin  hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlu 13 iyun 2022-ci il tarixdə Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölüb. 

Bu barədə Bizim.Media-ya Hərbu Prokurorluqdan məlumat verilib.  

MÖVZU İLƏ BAĞLI:

Kəlbəcərdə əsgərimiz faciəvi şəkildə həyatını itirib – ÖZƏL/FOTO  


Bildirilir ki, Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında  əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.  

İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri hərəkətlər icra edilib. 

Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO