Aynur Dadaşova: \

Aynur Dadaşova: \"Niyam mənə bacı, mən ona qardaş deyirəm\" - VİDEO

Hazırda oxunan: Aynur Dadaşova: \"Niyam mənə bacı, mən ona qardaş deyirəm\" - VİDEO

79097

"Niyam mənə bacı, mən ona qardaş demişəm".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova duet ortağı Niyam Salami ilə qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib.

Aynur Niyamla ailə qurmaq məsələsinə yenidən aydınlıq gətirib. Müğənni həmkarı ilə konsertlərinin piarı üçün bu addımı atdıqlarını bildirib:

"O qədər bu mözularda zarafatlaşmışıq ki, Niyam ciddiyə alıb. Niyam mənə dedi ki, evlənməklə bağlı suallar veriləcək, kameraların qarşısında sus, heçnə danışma. Evlənmək məsələsini şou kimi ediriksə, danışma. Niyamın sözü ilə razılaşdım. Maqazin verilişi bizi çəkəndə Niyam danışırdı, mən isə susurdum. Çünki biz bilirdik ki, bu, bizim birgə layihəmizdir. Axşam Niyama ağlaya-ağalaya yazdım ki, hamı bizi təbrik edir. 

Küçədə gəzə bilmirəm, hamı məni öpür, qucaqlayır, "xoşbəxt ol" söyləyir".

Verilişin gedişatında A.Dadaşova N.Salami ilə yalnız dost olduğunu dilə gətirib:

"Evlənmək məsələsinin bu qədər böyüyəcəyini bilməzdim. Niyam mənə həm dost, həm də sirdaşdır.  O, qeyrətli bir insandır. 33 ildir ki, sənətdəyəm. Etiraf edirəm ki, bu illər ərzində mənim dostum olmayıb. Niyam qədər yaxın olan dostum olmayıb".

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO