Korrupsiya hüquqpozmaları ilə bağlı 50-dək hakim intizam məsuliyyətinə cəlb edilib, 10 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Məhkəmə Hüquq Şurasında keçirilən iclasda bildirilib.
Qeyd olunub ki, iclasda korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara görə 3 hakim intizam məsuliyyətinə cəlb olunub, qanunvericiliyin tələblərinin kobudcasına və mütəmadi pozulmasına görə bir hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsi ilə bağlı qərar qəbul edilib.
Həmçinin, kobud qanun pozuntularına yol verilməsinə görə 2 hakim barədə yeni intizam icraatı başlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:44 / 13.06.2022
Vəzifədən azad olunan hakimlərin sayı açıqlandı
Hazırda oxunan: Vəzifədən azad olunan hakimlərin sayı açıqlandı
Hazırda oxunan: Vəzifədən azad olunan hakimlərin sayı açıqlandı
79075
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.