“Azərenerji” ASC 2023-2024-cü illərdə Naxçıvan elektrik şəbəkəsini Azərbaycanın ümumi enerji sisteminə qoşmağı planlaşdırır”.
Bizim.Media xəbər verir ki, bunu “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev deyib.
“Qoşulma “Azərbaycan, Türkiyə və Avropa ölkələrarası enerji layihəsi” çərçivəsində baş tutacaq.
Yaşıl enerji" zonasının yaradılması və onun həm daxili istehlakımızı təmin etmək, həm də xaricə - Avropa ölkələrinə satmaq Prezident İlham Əliyevin qarşıya qoyduğu ən böyük prioritetlərdən biridir.
Biz indi bunu başlamışıq. 3 mərhələdən ibarət layihədir. Layihənin adı “Azərbaycan, Türkiyə və Avropa ölkələrarası enerji layihəsi”dir” – deyə B.Rzayev qeyd edib.
Adından da göründüyü kimi nəhəng layihədir. Birinci mərhələ başlayıb və 2022-2023-cü illərdə bitməlidir. İkinci mərhələ 2023-2024-cü illərdə Naxçıvan elektrik şəbəkəsini Azərbaycanın enerji sisteminə qoşmaqdır və üçüncü mərhələ hələ bu günə qədər Azərbaycanda olmayan çevirici yarımstansiyadır. İstəyirik ki, ən azı gücü 1000 MVT olan çevirici yarımstansiya tikilsin, İranla birləşmə və Türkiyə üzərindən də Avropaya enerji satışını təmin edək”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:24 / 13.06.2022
Naxçıvan Azərbaycanın enerji sisteminə qoşulacaq – Bu tarixdən
Hazırda oxunan: Naxçıvan Azərbaycanın enerji sisteminə qoşulacaq – Bu tarixdən
Hazırda oxunan: Naxçıvan Azərbaycanın enerji sisteminə qoşulacaq – Bu tarixdən
79057
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.