“Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Bulvarının bir hissəsində sakinlərin hərəkəti və istirahəti məhdudlaşdırılmışdı.
Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Könül İmamverdiyeva Bizim.Media-ya bildirib ki , bu gündən (13 iyundan) etibarən Bulvar ərazisi bütün istiqamətlərdə sakinlərin hərəkəti və istirahəti üçün açılır.
MÖVZU İLƏ BAĞLI:
Bakıda bütün yollar açılır – Bu tarixdən
“Bayıl Bulvarı, Ağ Şəhər Bulvarı və Yeni Bulvar ərazisi “Formula -1” yarışları davam etdiyi zaman Bakı sakinləri üçün açıq olub.Yarışlar səbəbindən Köhnə Bulvar ərazisinin bir hissəsi müvəqqəti olaraq sakinlərin girişi üçün qapadılmışdı.
Bu gündən etibarən Köhnə Bulvar ərazisində də, sakinlərin hərəkəti üçün heç bir məhdudiyyət qoyulmur. Hazırda “Formula-1” yarışları zamanı ərazidə quraşdırılmış texnikanın sökülməsi və ərazinin təmizlənməsi prosesi aparılır, amma buna baxmayaraq Dənizkənarı Bakı Bulvarının bütün ərazisi yerli sakinlərin və turistlərin üzünə açıq elan olunur”.
Leyla Şah, Bizim.Media