Zaqatalada qəzada yaralanan müəllim öldü - FOTO

Zaqatalada qəzada yaralanan müəllim öldü - FOTO

Hazırda oxunan: Zaqatalada qəzada yaralanan müəllim öldü - FOTO

78983

Xəbər verdiyimiz kimi, Zaqatalada yük maşını ilə minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alan 4 nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Rayonun Əliabad qəsəbə sakinləri olan 1995-ci il təvəllüdlü Malik Şaban oğlu Bədirov xəstəxanaya yerləşdirilib.

1988-ci il təvəllüdlü Elçin Rəcəb oğlu Bədirov isə Bakıya gətirilib. Daha iki nəfər ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.

Bizim.Media xəbər verir ki, Bakıya gətirilən Elçin Bədirov həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib. 

Bununla bağlı informasiya sosial şəbəkələrdə yayılıb. 

Mənbə E.Bədirovun Azərbaycan dili və ədəbiyyat müəllimi işlədiyini yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO