“Yüksəliş” müsabiqəsinin əyani mərhələsi başa çatdı - FOTO

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsi başa çatdı - FOTO

Hazırda oxunan: “Yüksəliş” müsabiqəsinin əyani mərhələsi başa çatdı - FOTO

78900

İyunun 12-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son imtahanı olan “İdarəetmə bacarıqları üzrə imtahan”ı keçirilib. İmtahan Bakı şəhərində təşkil olunmuş 5 mərkəzdə baş tutub. Əyani mərhələnin son imtahanında müsabiqənin əvvəlki (“Qabiliyyət üzrə yoxlama” imtahanı) imtahanını uğurla keçmiş 1052 namizəd iştirak edib.

Bizim.Media xəbər verir ki, əyani mərhələnin sonuncu imtahanı olan “İdarəetmə bacarıqları üzrə imtahan”ın sual tərtibatı insan kapitalının, iş prosesinin, o cümlədən layihələrin idarə edilməsi bacarıqlarının qiymətləndirilməsi üzrə müvafiq imtahan proseslərində tətbiq edilən dünya təcrübəsinə əsaslanır.

İmtahanda iştirakçılara qərarların verilməsi, tənqidi düşüncə, layihələrin və iş prosesinin idarə edilməsi üzrə suallar təqdim olunub. İmtahana ümumilikdə 4 saat vaxt ayrılıb.

“İdarəetmə bacarıqları üzrə imtahan”ın nəticələri hesabatla birgə 3-5 iş günü ərzində iştirakçılara göndəriləcək. Ən yüksək T-bal toplamış təxminən 300 nəfər iştirakçı “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak hüququ qazanacaq.

Qeyd edək ki, imtahanlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə təşkil olunub.

Əyani mərhələni uğurla başa vuran iştirakçılar müsabiqənin yarımfinal mərhələsinə keçid edəcək. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə ikinci “Yüksəliş” müsabiqəsi başa çatacaq.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min AZN dəyərində pul mükafatı gözləyir.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO