Şuşada Milli Məclis komitələrinin növbəti iclası keçirildi - FOTO

Şuşada Milli Məclis komitələrinin növbəti iclası keçirildi - FOTO

Hazırda oxunan: Şuşada Milli Məclis komitələrinin növbəti iclası keçirildi - FOTO

78796

İyunun 11-də Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitələrinin Şuşa şəhərində birgə iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

Belə ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov tədbiri açaraq parlamentin komitə iclaslarının “Şuşa ili”ndə Azərbaycanın mədəniyyət paytaxtı kimi yenidən dirçələn Şuşa şəhərində keçirilməsinin qürurverici olduğunu söyləyib.  

İclasda çıxış edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov və Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılmasının ölkədə regional iqtisadi idarəetmənin təkmilləşdirilməsi və ərazicə optimallaşdırılması baxımından əhəmiyyətindən, eləcə də Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Ordusunun şanlı Zəfəri ilə 30 illik həsrətə son qoyulmasından danışıblar.  

Dinləmələrdə çıxış edən digər millət vəkilləri iqtisadi zonaların hərtərəfli inkişafının ölkəmizin ümumi iqtisadiyyatının daha da böyüməsinə və dövlətimizin qüdrətinin artmasına  öz töhfələrini verəcəyinə inamlarını ifadə ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO