“Makronun ikili agent oyunu Ukraynanın ərazi bütövlüyünə xələl gətirir” - Amerikalı ekspert 

“Makronun ikili agent oyunu Ukraynanın ərazi bütövlüyünə xələl gətirir” - Amerikalı ekspert 

Hazırda oxunan: “Makronun ikili agent oyunu Ukraynanın ərazi bütövlüyünə xələl gətirir” - Amerikalı ekspert 

78765

İyunun 4-də Fransa prezidenti Emmanuel Makronun Rusiyanı “alçaltmamağın” vacib olduğu ilə bağlı açıqlaması Avropa Birliyinə üzv olan digər ölkələr tərəfindən xeyli tənqid olundu. Fransa prezidentinin Rusiyaya qarşı birdən-birə dəyişən mövqeyinin nəyə kökləndiyi hələ də geniş ictimaiyyət arasında birmənalı qarşılanmır.  

Mövzunu Bizim.Media ilə müzakirə edən amerikalı ekspert Piter Teys deyib ki, Makron fevralın 24-də Moskvanın Ukraynaya müdaxiləsindən sonra bu günə kimi Rusiya prezidenti Vladimir Putinlə dialoqu davam etdirməyə çalışır.  

Onun mövqeyi Avropadakı bəzi şərq və Baltik tərəfdaşları tərəfindən dəfələrlə tənqid edilib, çünki onlar Makronu Putinin danışıqlar masasına oturtmaq səylərini baltalayan dövlət başçısı kimi qəbul edirlər.  

“Fransa həmişə Rusiyanın ticari və siyasi müttəfiqi olub. Paris və Moskva arasındakı tarixi təcrübələrə və siyasi əlaqələrə əsaslanaraq, Makron və Fransa hökuməti beynəlxalq müqavilələri, beynəlxalq hüququ, ərazi suverenliyini kobud şəkildə pozmağa meyillidir. Bir çox cari geosiyasi tendensiyalarda Fransa Moskvaya qarşı qeyri-müəyyən mövqe nümayiş etdirir və NATO-nun Ukraynaya hərbi və texnoloji vasitələrlə birbaşa yardım göstərməsində tərəddüd edir. Parisin Moskvadan xammal, mineral və enerji resurslarından iqtisadi asılılığına görə, Fransa Ukraynaya sülh müqaviləsini imzalaması üçün ciddi təzyiq göstərir”.  

Ekspert Makronun Ukrayna ilə Rusiya Federasiyası arasında sülh danışıqları çağırışlarını mənasız hesab edib:  

“Ukrayna Qərbdən yeni silahlar alır. Rusiya qüvvələrini Beynəlxalq Birlik tərəfindən tanınan Ukrayna sərhədlərindən mümkün qədər geri itələyənə qədər danışıqlar heç bir real nəticə verməyəcək. Müharibənin ilk vaxtlarında Fransa dövləti ölkə ordusunun ehtiyatlarından götürülmüş “Sezar haubitsa” topları da daxil olmaqla, Ukraynanı az miqdarda hücum silahları ilə təmin etdi. Bu təbii ki, Avropa İttifaqının Fransaya olan təzyiqi nəticəsində mümkün oldu. Lakin Makronun ikili agent oyunu Ukraynanın ərazi bütövlüyünə xələl gətirir və müharibənin vurduğu girov ziyanını artırır. Rusiya hazırda Ukrayna ərazisinin təxminən beşdə birini ələ keçirib.
 

Kiyev isə Qərbdən daha güclü silahlar alır. Ukrayna Silahlı Qüvvələri həmçinin yeni silahlardan istifadə etməyə hazırdır. Hərbi gücü siyasi gücə çevirəcəyi təqdirdə Ukrayna nümayəndə heyəti danışıqların dəyirmi masasında daha çox təsir imkanlarına malik olacaq.”  


Amerikanın Ukraynaya hərbi dəstəyi ilə bağlı isə amerikalı ekspert bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya Rusiyanın mövqelərini daha uzun məsafədən vurmağa imkan verən dəqiq “HIMARS” raket sistemləri verəcək.  

“Bu, Bayden Administrasiyası tərəfindən edilən fantastik strateji addımdır və bu dəstəklər sayəsində Ukrayna Qüvvələrinin rus ordusunu geri itələmək ümidi yüksək olaraq qalır”.  

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO