Sosial şəbəkələrdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bufetinə kənardan yemək gətirilməsinin qadağan olunduğu ilə bağlı məlumat yayılıb.
Bizim.Media xəbər verir ki, bu haqda "Azərbaycan Universitetləri" səhifəsində paylaşım edilib.
Sözügedən elan tələbələrin müzakirə və etirazlarına səbəb olub.
Paylaşıma reaksiya verən digər universitet tələbələri isə bildiriblər ki, başqa təhsil ocaqlarında da bufetlərə kənardan yemək gətirmək qadağan edilib.
Tənqid olunan digər nüans isə elanın üzərində qadağa sözünün “qadanğan” olaraq səhv yazılması olub.
Xatırladaq ki, bir müddət öncə Xəzər Universitetində də buna oxşar hadisə yaşanıb. Belə ki, təhsil müəssisəsinin bufetinə tələbələrin kənardan yemək gətirməsini qadağan etdiyi elan paylaşılmışdı.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:21 / 11.06.2022
Daha bir bufet qadağası - Mədəniyyət və İncəsənət Universitetində...
Hazırda oxunan: Daha bir bufet qadağası - Mədəniyyət və İncəsənət Universitetində...
Hazırda oxunan: Daha bir bufet qadağası - Mədəniyyət və İncəsənət Universitetində...
78760
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.