Ağdamda silah-sursat tapıldı - DİN

Ağdamda silah-sursat tapıldı - DİN

Hazırda oxunan: Ağdamda silah-sursat tapıldı - DİN

78740

Nəqliyyatda Baş Polis İdarəsinin Yevlax stansiya Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində xidməti ərazidə silah-sursat aşkar edilib. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Məlumata görə, Yevlax XPŞ-nin əməkdaşları Ağdam rayonu ərazisində Bərdə-Köçərli-Təzəkənd dəmir yol xəttinin yaxınlığında 1 ədəd AK-74 markalı avtomat, 137 ədəd 5.45 mm.-lik patron, 35 ədəd 12.7 mm.-lik pulemyot patronu və 3 ədəd avtomat darağı aşkar edərək götürüblər. 
Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO