Metroda cibgir yaxalandı: Keçmiş məhkum...

Metroda cibgir yaxalandı: Keçmiş məhkum...

Hazırda oxunan: Metroda cibgir yaxalandı: Keçmiş məhkum...

78727

Bakı metrosunda qadının cibindən telefonu oğurlanıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Metropolitendə Polis Şöbəsinə iyunun 7-də metronun “28 May” stansiyasında qatarda paytaxt sakini A.Məmmədovanın cibindən mobil telefonunun oğurlanması barədə müraciət daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunan Anar Hüseynov müəyyən edilərək saxlanılıb. 
Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO