Azərbaycanlı həkimlərin təlim kursu başa çatdı - TÜRKİYƏ

Azərbaycanlı həkimlərin təlim kursu başa çatdı - TÜRKİYƏ

Hazırda oxunan: Azərbaycanlı həkimlərin təlim kursu başa çatdı - TÜRKİYƏ

78699

İcbari tibbi sığortanın tətbiq edildiyi dövlət tibb müəssisələrinin rəhbər heyəti üçün Ankara Universitetində “Xəstəxanaların idarə edilməsi” mövzusunda keçirilən 11 günlük təlim kursu başa çatıb.

Bizim.Media xəbər verir ki, təlim İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə Ankara Universiteti arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində Ankara Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə təşkil olunub. Təlim xəstəxanaların inzibati heyətinin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilib.

2022-ci ilin 30 may - 10 iyun tarixlərində keçirilən təlimə Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramovanın rəhbərlik etdiyi nümayəndə heyəti və 15 dövlət tibb müəssisəsinin direktor və müavinləri qatılıblar.
Qeyd edək ki, təlim proqramı Ankara Universitetinin Səhiyyənin idarə edilməsi bölməsinin professor-müəllim heyəti, müvafiq xəstəxanaların rəhbər və işçiləri, Türkiyə Respublikası Sosial Müdafiə Qurumunun Ümumi Tibbi Sığorta Baş İdarəsi, Türkiyə Səhiyyə Xidmətlərində Keyfiyyət və Akkreditasiya İnstitutu, həmçinin səhiyyə sahəsində İKT sistemi üzrə ixtisaslaşmış MEDDATA şirkətinin rəhbər və əməkdaşları tərəfindən tədris edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO