Bolqarıstana səfir kim gedəcək? – RƏYLƏR 

Bolqarıstana səfir kim gedəcək? – RƏYLƏR 

Hazırda oxunan: Bolqarıstana səfir kim gedəcək? – RƏYLƏR 

7867

''Bolqarıstana səfir təyinatı məsələsində çox diqqətli olmalıyıq. Bir çox səfirlərdən özüm də narazıyam və yaralı yerimizdir. Fransa ermənipərəst dövlət aldandırılır''.

''306 senatorun 305-i Azərbaycan əleyhinə səs verir və “Daqlıq Qarabağı” tanıyır. Ermənipərəst dövlət olsa da, əleyhimizə olan bu qədər səsə tənqidi yanamaq kifayətdir''. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu prezidentin Polşa və Bolqarıstandakı səfirləri geri çağırması məsələsinə şərh verərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Həsən Həsənovun yerinə bu qadın təyin edildi - RƏSMİ - FOTO


Onun sözlərinə görə dövlət Bolqarıstana peşəkar kadrlardan istifadə etməklə səfir təyin etməlidir:

“Yaxşı namizədlər tapılmalıdır. Bolqarıstana qaz nəqlinə başlamışıq. O ölkədə erməni lobbisi zəifdir və Bolqarıstan uğrunda sıx mübarizə aparmalıyıq. Bu baxımdan XİN müvafiq kadrlardan birini ora təyin etməlidir. Namizəd uğurlu, millətini və dövlətini sevdiyinə görə seçilməlidir. Bir sözlə Azərbaycan dövlətinə bağlı insanlardan səfir seçilməlidir”.

Politoloq Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun geri çağırılması məsələsinə də toxunub.

Həsən Həsənovun böyük iş təcrübəsi və Azərbaycanın Xarici İşlər Nazirliyində vəzifədə olduğunu əsas gətirən Elxan Şahinoğlu keçmiş səfirin geri çağırılması məsələsini normal qarşılayıb:

“Azərbaycanın müstəqilliyi dövründə o, baş nazir olub və uzun müddət səfir kimi çalışıb. Yəqin yaşla bağlı geri cağırılması lazım bilinib, yaxud ös istəyilə vəzifəsinə son qoymaq istəyib. Onun yerinə  gənc kadr Nərgiz Qurbanova təyin edilib və Bolqarıstanda onun fəaliyyəti hər zaman təqdir olunub. Azərbaycanın maraqlarını qoruyub. Bolqarıstan Polşaya yaxın bir ölkədir. Yerdəyişməni bu səbəbdən uğurlu hesab etmək olar”.

Qeyd edək ki, Bolqarıstana səfir təyinatı məsələsində namizəd kimi sosial şəbəkələrdə aşağıda adları çəkilən şəxslər hallandırılır: 

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov uzun müddətdir ki, Xarici İşlər Nazirliyində diplomat kimi çalışır və Elmar Məmmədyarovun dövründə Vyetnama səfir təyin olunub.

Azər Xudiyev Azərbaycanın bir çox xarici ölkə səfirliklərində yüksək vəzifələrdə çalışıb. 2016-2020-ci illərdə Azərbaycanın Ukrayndakı fövqəladə səfiri olaraq fəaliyyət göstərib. 

Nadir Hüseynov isə uzun müddət Xarici İşlər nazirinin müavini olaraq çalışıb. O, 2020-ci ilin sentyabrında prezident İlham Əliyevin sərəncamı ilə tutduğu vəzifədən azad olunub. 

Daşqın Şikarov uzun illər XİN sistemində çalışmış tanınmış diplomatdır. O, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə Azərbaycanın dövlət maraqlarını təmsil edib.

Mövzunu diqqətdə saxlayacayıq. 

Alçina Amilqızı, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO