Polis hüquq müdafiəçisinin oğlunun toyuna mane olub? - DİN-dən AÇIQLAMA

Polis hüquq müdafiəçisinin oğlunun toyuna mane olub? - DİN-dən AÇIQLAMA

Hazırda oxunan: Polis hüquq müdafiəçisinin oğlunun toyuna mane olub? - DİN-dən AÇIQLAMA

78669

Yevlax şəhər sakini İlham Təhməzov xüsusi ittiham qaydasında məhkəmənin qərarı ilə həbs edilib. Onun barəsində polis orqanında hər hansı icraat işi aparılmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Bizim.Media-ya bildirib ki, İ.Təhməzovun oğlunun toy mərasiminə polisin mane olması ilə bağlı iddialar tam əsassızdır: 

”Qanuna müvafiq olaraq, karantin rejim qaydalarına uyğun mərasimdə iştirak edən şəxslərin COVİD-19 pasportu yoxlanılıb. Burda da hər hansı hüqüqazidd hal yoxdur”.
Qeyd edək ki, sosial şəbəkələrdə hüquq müdafiəçisi İlham Təhməzovun "Tərtər işi"ni araşdırdığına görə həbs edilməsi ilə bağlı məlumatlar yayılıb.

O, Yeganə Ələkbərovanın xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə Yevlax rayon Məhkəməsinin qərarı ilə 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO